"2003-cü ildə minimum əmək haqqı 9 manat idi, indi isə 345 manatdır, kor olmusunuz?" - Deputat od PÜSKÜRDÜ

 12:16 03.12.2024     460

"Büdcə müzakirəsi zamanı əlehydarlarımızın həqiqəti təhrif edən, ona kölgə salan yanaşmalarla çıxış edirlər. İddia edirlər ki, dövlət büdcəsi sosial yönümlü deyil, problemləri həll etməyəcək. Bu kimi sözlər əsassızdır".

Redaktor.az xəbər verir ki, bunu millət vəkili Elman Nəsirov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

"Keçən iclasda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri geniş faktlar və arqumentlərlə məsələni izah etdi. Baxsalar görərlər ki, dövlət büdcəsinin az qala yarısı sosial yönümlüdür. Bunu büdcə xərclərini baxaraq da görmək olar. Kor olmusunuz, həqiqəti görmək, duymaq istəmirsiniz? 17 milyarda yaxın manat bizim sosial xərclərimizdir. 2003-cü ildə minimum əmək haqqı 9 manat idi. Ancaq indi minimum əmək haqqı 345 manat olub, bu da 38 dəfə çoxdur. Eynisini pensiya üçün də demək olar. 20 il bundan qabaq cəmi 24 manat olan pensiyalar bu gün 436 manata gəlib çatıb. Bunların hamısı Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir", - deyə millət vəkili vurğulayıb.

Türkan İSGƏNDƏRLİ