"Növbəti ilin dövlət büdcəsi Qarabağın bərpasına və sosial rifah kimi məsələlər üçün nəzərdə tutulub"

 11:14 16.12.2024     295

"2025-ci ilin dövlət büdcəsində müəyyən dəyişikliklər olunub. Dövlət büdcəsinin bəzi xərc istiqamətlərdində də azalma və çoxalma müşahidə olunur".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Azər Əmiraslanov deyib:

"Dövlət büdcəsi təkcə iqtisadi rəqəmlərdən ibarət deyil. Həm də ölkənin siyasətinin gücünü göstərir. Digər ölkələrdən fərqli olaraq, Azərbaycanda vahid ölkə siyasətinin həyat keçirilməsi ədalət prinsipinə əsaslanır. Növbəti ilin dövlət büdcəsi, təhlükəsizlik, Qarabağ və Şərqi Zəngəzurun bərpasına, sosial rifah kimi mühüm məsələlər üçün nəzərdə tutulub".

Türkan İSGƏNDƏRLİ