"Maaş və pensiyaların artırılması 4 milyon vətəndaşı əhatə edəcək" - Baş nazir

 12:31 16.12.2024     376

"Hərbi gücümüzün gücləndirilməsi bizim üçün əsas məqsədlərdəndir".

Redaktor.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən iclasında deyib: 

"2025-ci ildə bu sahəyə ayrılan vəsait 20.3 faiz artırılacaq. Gələn il minimum əmək haqqı, maaşlar, pensiyaların artırılması 4 milyon vətəndaşı əhatə edəcək. Müasir təhsilin inkişafı, tibbi sahə xərclərinin də artırılması da diqqətdədir. Sağlamlıqla bağlı qaldırılan məsələlərin bəziləri gündəlikdədir. İşğaldan azad edilən ərazilərimizin bərpa-quruculuq işləri üçün 4 milyard manat nəzərdə tutulub.  Ölkəmiz nəqliyyat üçün meqa investisiya işləri həyata keçirir. Naxçıvan, Qarabağ, Şərqi Zəngəzur regionları yaşıl energi bölgələri kimi dəyərləndirilir". 

Türkan İSGƏNDƏRLİ