Azərbaycanda qızılcaya yoluxma halı kəskin azalıb - RƏSMİ

 14:23 18.12.2024     76

Hazırda Azərbaycanda qızılcaya yoluxma halı kəskin azalıb.

Redaktor.az "Report"a istinadla xəbər verir ki, bu barədə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.

O xatırladıb ki, say artımı ilə əlaqəli pasiyentlər Məhəmmədidə yerləşən modul tipli xəstəxanada müalicə olunurdu:

"Hazırda ölkədə qızılcaya yoluxma ilə bağlı narahatlıq yoxdur".