Kəndlərdə tibb məntəqələri istifadəyə veriləcək - TƏBİB rəhbəri

 12:04 23.12.2024     125

"Zaqatala və Şamaxı Mərkəzi Xəstəxanası gələn il üçün təmir siyahısına daxil ediləcək".

Redaktor.az xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, kəndlərdə tibb məntəqələri qurulmasının layihə planı artıq hazırdır.

"Gələn ilin əvvəllərindən icraya başlanılacaq və ən qısa zamanda tibb məntəqələri əhalinin istifadəsinə veriləcək", - deyə V.Qurbanov bildirib.