Ehtiyac meyarı 285 manat OLDU
Yanvarın 1-dən Azərbaycanda ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2025-ci il üçün ehtiyac meyarının həddi 285 manat məbləğində olacaq.
Redaktor.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında 2025-ci il üçün ehtiyac meyarı haqqında” qanunda əksini tapıb.
Beləliklə, ehtiyac meyarı 2024-cü illə müqayisədə 5,5 faizdən çox artırılaraq 270 manatdan manatdan 285 manata qaldırılıb.