Bakıda bu tarixədək iki metrostansiyasının tikintisi başa ÇATACAQ

 12:21 10.01.2025     338

"Metronun 2030-cu ilə qədər inkişafına dair yenilənmiş proqrama əsasən 2 stansiyanın tikintisinin tamamlanması planlaşdırılır".

Redaktor.az xəbər verir ki, bunu "Nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar" barədə mətbuat konfransında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov deyib.

O bildirib ki, bu, sərnişin axınını 88 milyon nəfərədək artıracaq.

“Proqrama daha 2 stansiyanın tikintisinin tamamlanması, 1 stansiyanın təmirinin başa çatdırılması və 8 yeni stansiyanın inşası daxildir”,-deyə o qeyd edib.