"Trolleybusların işləməsi şəhər infrastrukturunun və mədəniyyətinin başlıca bir obyektidir" - Nəqliyyat eksperti

 14:30 14.01.2025     122

Hər gün insanlar istər ictimai, istərsə də şəxsi nəqliyyatda olsun tıxacla qarşılaşırlar. Tıxac və sıxlıq  günümüzün problemlərindən biridir.

Bəs sıxlığın və tıxacın qarşısını almaq üçün tramvay xətləri bərpa oluna bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov bildirdi ki, tramvaylar yerüstü nəqliyyatın əsas predmeti sayılır.

“Ümumiyyətlə tramvay və trolleybusların işləməsi şəhər infrastrukturunun və mədəniyyətinin başlıca bir obyektidir. Metro yeraltı daşımanın əsas predmeti sayılırsa, tramvaylar da yerüstü nəqliyyatın əsas predmeti sayılır”.

Utilizasiya dedikdə nə başa düşülür?-Aslan Əsədov- ÖZƏL

Həmsöhbətimiz onu da qeyd etdi k, bu gün daşınmada müəyyən problemlər yaşanır:

“Azərbaycanda tramvay, trolleybus xətləri  Bakı, Gəncə,Sumqayıt, Naxçıvan şəhəri, Lənkəran, Mingəçevir və digər böyük şəhərlərdə əsas daşımanı nəzərdə tuturdu. Amma bu günki vaxta bu daşınma mikroavtobuslar və avtobuslarla əvəz olunduğu üçün müəyyən problemlər yaranmaqda davam edir".

Bənövşə HƏSƏNOVA