Həmin şəxslər araşdırılır və ona uyğun kredit verilir... - AÇIQLAMA

 18:21 15.01.2025     60

Ölkəmizdə bəzi hallarda həqiqi hərbi xidmətə gedənlərin mağazalardan aldıqları müxtəlif əşyalara görə kredit borcları olur.

Bəs onlar əsgərliyə gedərkən kreditləri dondurulurmu?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli bildirdi ki, Azərbaycanda əsasən 18 yaşı tamam olan kimi və ya universitet bitirib əsgərliyə gedirlər, buna görə də az da olsa, bu cür hadisələr olur.

“Çünki banklar araşdırır və ona uyğun kredit verilir. Amma belə bir hal baş verirsə, bu, banklar tərəfindən nəzərə alınır ki, onlar xidmətdədir, dövlətə xidmət edirlər və dondurulur. Onlar xidmətdən qayıtdıqdan sonra davam edir. Adətən bu, iş məsələləri ilə bağlı olur ki, əgər bir şəxs xidmətə gedirsə və yaxud səfərbərliklə bağlı toplanışa çağrılırsa, iş yeri saxlanılır və həmin müddət nəzərə alınır", - deyə həmsöhbətimiz qeyd etdi.

Bənövşə HƏSƏN