Diş müalicəsi zamanı pasiyent niyə komaya düşə bilər ki? - Stomatoloqdan AÇIQLAMA

 17:08 22.01.2025     95

Diş sağlamlığı hər bir insan üçün vacibdir. Bunun üçün də insanlar stomotoloqlara üz tutur, müxtəlif müalicələr etdirirlər. Lakin diş müalicəsi zamanı pasiyentlərin komaya düşməsi halları da az deyil.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında stomatoloq Zaur Zakiroğlu bildirdi ki, diş müalicəsi zamanı pasiyentin komaya düşməsi əsasən pasiyent sedasiya altında (narkozla) müalicə olunanda baş verir. Onun sözlərinə görə, sedasiya vaxtı pasiyent anestizioloq nəzarətində olmalıdır.

“Pasiyentin adrenalinə qarşı allergiyası olarsa, anafilaktik şok keçirir. Sedasiya olmazdan öncə pasiyent pediatr və ya terapevt yoxlanışından keçməlidir. Hər şey qaydasında olarsa, sedasiyaya icazə olunmalıdır”, - deyə həkim bildirdi.

BƏNÖVŞƏ