Süni dolğular xərçəngə səbəb olur - Plastik cərrahdan XƏBƏRDARLIQ

 17:17 24.01.2025     146

Məlumdur ki, yaşlanma hər kəs üçün olan təbii bir prosesdir. Bəzən bunun qarşısını almaq üçün müxtəlif estetik vasitələrindən istifadə edilir. Bunlardan biri də dolğudur. Lakin dolğunun fəsadları ilə üzləşən insanlar da az deyil.

Süni dolğunun nə kimi fəsadlari var və təbii dolğu ilə fərqləri nələrdir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında plastik rekonstruktiv cərrah Gündüz Bayram təəssüflə qeyd etdi ki, bizim insanlarımız süni dolğuların nə qədər təhlükəli bir maddə olduğunu bilmirlər. Onun sözlərinə görə, süni dolğular orqanizmdə əriməyən dolğular hesab olunur:

"Əriməyən dolğular, yəni toxumalar arasında enjekte edildikdə, dolğulandırıldıqda sovrulmur, hətta daimi qala bilir. Təbii dolğular heyrolon tərkibli olduqları üçün, bizim toxumalarımızla eyni olduğu üçün heç bir fəsadı yoxdur, sadəcə dəri altında müəyyən yataqlar yarada bilir ki, bu da gələcəkdə üz dərimizin sallanmasına gətirib çıxarır".

Gündüz Bayram dedi ki, süni dolğulardan istifadə edənlər təcili şəkildə bundan qurtulmalıdılar.

"Bizim bəzi təcrübəmizdə gördüyümüz hallar var ki, hətta xərçəng xəstəliyinə gətirib çıxara bilir", - deyə cərrah xəbərdarlıq etdi.

BƏNÖVŞƏ