"İmtahanlar taksi xidmətlərində keyfiyyəti artırır" - AÇIQLAMA

 18:56 24.01.2025     97

Taksi fəaliyyətində keyfiyyətin artırılması, təhlükəsizlik istiqamətində atılan addımlardan biri də imtahanlardır. Belə ki, Dövlət İmtahan Mərkəzi (DİM) taksi sürücüləri üçün növbəti imtahanını keçirib.

Belə imtahanlar taksi fəaliyyətinə necə təsir edir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirdi ki, imtahanların nəticəsi olaraq, şikayətlər azalıb:

"Son vaxtlar taksi ilə bağlı bir çox mövzular, xüsusilə şikayətlər azalıb. Taksilərdə keyfiyyət baxımından artım müşahidə olunur. Xüsusilə də etik-davranış baxımından problemlərin əksəriyyəti geridə qalıb. İmtahanlar taksi sürücülərinin yalnız nəqliyyat vasitəsini idarə etmək bacarıqlarını deyil, həm də etik davranış və müştəri ilə ünsiyyət bacarıqlarını yaxşılaşdırmağı hədəfləyir. Bununla bağlı ehtiyaca uyğun olaraq təlimlər keçirilib. Müvafiq olaraq tələblərə cavab verən, imtahandan uğurla keçən sürücülər fəaliyyətini davam etdirə biləcəklər". 

Qeyd edək ki, sınaqlarda əsas məqsəd xidmətə uyğun olmayan sürücülərin bazardan uzaqlaşdırılması, fəaliyyətlərinin məhdudlaşdırılmasıdır.

Türkan İSGƏNDƏRLİ