Azərbaycanda uşaqların sosial şəbəkədən istifadəsi qadağan oluna bilər? - AÇIQLAMA
Türkiyədə 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən qanunun qəbulu edilməsi barədə müzakirələr aparılır. Belə bir qadağanın tərəfdarı olanlar hesab edirlər ki, sosial media uşaqlara yaxşı təsir etmir, hətta onların aqressivləşməsinə səbəb olur.
Bəs Azərbacanda da uşaqların sosial şəbəkədən istifadəsini qadağan edən qanun qəbul oluna bilərmi?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında İT mütəxəssisis Elvin Abbasov bildirdi ki, əgər bu proseslər dünyada kifayət qədər olsa, yəni bir çox ölkə bu istiqamət üzərində işləsə, təbii ki, bu məsələ Azərbaycana da gələ bilər və qanunvericilik bu istiqamətdə inkişaf edə bilər.
"Amma hələlik bu istiqamətdə qaldırılmış bir məsələ eşitməmişik. Azərbaycanda azyaşlıların sosial şəbəkəyə daxil olması prosesləri, onların qaydaları tərtib olunmayıb. Bir çox ölkələrdə bu məsələ həllini tapsa, təbii ki, Azərbaycan da bunu qanunvericilikdə inkişaf etdirə bilər", - deyə həmsöhbətimiz qeyd etdi.
BƏNÖVŞƏ