Sabah bu rayonun bir hissəsində qazın verilişində fasilə olacaq

 21:36 03.02.2025     90

Sabah Yevlax şəhərinin bir hissəsində qazın verilişində fasilə olacaq.

Redaktor.az "Report"a istinadən xəbər verir ki, Tərtər Regional Qaz İstismar İdarəsinin Yevlax Xidmət Sahəsi tərəfindən aparılacaq təmir işləri ilə əlaqədar sabah saat 09:30-dan Yevlax şəhərinin bir sıra küçələrinə təbii qaz verilişi dayandırılacaq.

Qazın verilişi gün ərzində aparılan işlər yekunlaşdıqdan sonra bərpa olunacaq.