"Ev, ailə, mətbəx mədəniyyəti qadına məxsusdur" - Şeyx Əbdül

 15:00 06.02.2025     351

“Kişi kişidir, qadın da qadındır, yəni hər kəsin öz missiyası var. Evdə ər-arvadın dolanışığı, xərci birdir. Qadın evin sahibidir, ocağıdır, istisidir, kişi isə onun təminatıdır. Dədə-babalarımız da bu cür əxlaqla yaşayıblar”

Bunu Redaktor.az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov kişi-qadın münasibətlərindən danışarkən deyib.

Onun sözlərinə görə, Azərbaycanda ev, ailə, mətbəx mədəniyyəti qadına məxsusdur:

“Bunu isə yüksək səviyyədə qorumaq, təmin etmək isə kişiyə məxsusdur. Bu ilahi bölgüdür və burda müdaxilə etmək lazım deyil. Bu gün dodaq, dal, sinə şişirdənlərlə yanaşı, əxlaqlı qızlarımız, qadınlarımız da var. Bizim üçün göstərici bəzi filmlərdə gördüklərimiz yox, klassik ənənələrimiz, mənəvi dəyərlərimizdir”.

Vasif ƏLİHÜSEYN