Rəqəmsal asılılıq münasibətlərin sonunu gətirir - XƏBƏRDARLIQ
![](https://img.redaktor.az/news/2025/02/photo_270189.webp)
Telefondan istifadə artıq gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Lakin ekspertlər bəzi şübhəli rəqəmsal vərdişlərin münasibətlərin sona çatmasına səbəb ola biləcəyini deyirlər. Araşdırmalara görə cütlüklər arasında ən çox ayrılığa səbəb olan telefondan istifadə davranışlarıdır.
Bu gün telefonlar sosial mediadan mesajlaşmaya, onlayn alış-verişdən tutmuş tanışlıq proqramlarına qədər həyatımızın ayrılmaz hissəsinə çevrilib. Xüsusilə gənc nəsil demək olar ki, bütün vaxtlarını mobil telefonda keçirir. Ancaq yeni bir araşdırma telefondan istifadənin təkcə gündəlik həyata deyil, həm də münasibətlərə ciddi təsir etdiyini ortaya qoydub.
Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, İngiltərədə 2000 nəfər arasında aparılan sorğuya görə, cütlüklərin 10%-i telefondan istifadə ilə bağlı şübhəli davranışlara görə ayrıldıqlarını bildirib.
Bəs, münasibətlərdə ən çox problem yaradan telefon vərdişləri hansılardır?
Telefonunuzu hər zaman yanında gəzdirmək: Respondentlərin 39%-i partnyorlarının telefonu yanlarında gəzdirmələrinə görə onlardan şübhələndiklərini bildiriblər.
Parolla qorunan proqramlardan istifadə: 29% müəyyən proqramlar üçün xüsusi parol təyin edən insanları etibarsız hesab edib.
Sorğunun nəticələrinə görə, 50%-i telefonlarını paylaşmaqdan çəkinən insanları şübhəli hesab edir.
Gizli ikinci telefona sahib olmaq: Ən böyük qırmızı bayraq gizli ikinci telefona sahib olmaqdır. İştirakçıların 59%-i belə bir vəziyyətin ən böyük şübhə mənbəyi olduğunu düşünür.
Sorğuda iştirak edənlərin 18%-i partnyorunun rəqəmsal olaraq başqası ilə emosional və ya romantik münasibətdə olduğunu gördüyünü bildirib. Bu münasibətlərin 59%-i xəyanətin üstü açıldıqdan sonra bitib.
Mobil cihazlar və sosial media münasibətlərin dinamikasını dəyişdikcə, inamsızlıq və xəyanətlə bağlı narahatlıqlar artır. Bununla belə ekspertlərin fikrincə, münasibətlərdə inamı gücləndirməyin ən yaxşı yolu şübhə deyil, sağlam ünsiyyətdir.
Vasif