"Mavi Balina”nın bənzəri olan oyunlar meydana çıxıb - XƏBƏRDARLIQ
![](https://img.redaktor.az/news/2025/02/photo_270192.webp?v=MTk6NTcyMDI1LTAyLTEyIDE3OjA4OjA4)
Son zamanlar uşaqları intihar səviyyəsinə çatdıran “Mavi Balina” oyunu yenidən aktuallaşıb.
Bəs bu oyunun məqsəd nədir, təhlükəlidirsə, niyə internetdən silinmir?
Mövzu ilə bağlı Redaktor.az-a danışan Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İdarə Heyətinin sədri Elvin Abbasov bildirdi ki, "Mavi Balina” oyunlarını insanlar daha çox səhv başa düşür və internetdə ölümə sürükləyən "Mavi Balina” oyununu axtarırlar:
"Əslində bu tip oyunlar yeni missiyalar verərək, insanları təhlükəli məqama aparan, daha çox neqativ hala yönləndirən oyunların bir kateqoriyası halına gəlib. Artıq müxtəlif adlar adı altında "Mavi Balina” kimi oyunlar fəaliyyət göstərir. Hal-hazırda bir çox oyun var ki və ya oyun da olmasa, sosial şəbəkələrdə müxtəlif insanlar var ki, bu tip insanları manipulyasiya edərək onlarla kiçik missiyalar verib və şəkil alaraq, o şəkili əlində vasitə tutub qarşı tərəfi şantaj edir və ona kiçik missiyalar verir, onu elətdirməyə çalışır. Həmçinin də oyunlar vasitəsilə bu prosesi həyata keçirir. Müxtəlif oyunlarda kiçik missiyalar yavaş yavaş böyüyərək təhlükəli hala gəlir. Misal üçün, daha öncəki dönəmlərdən deyilirdi ki, mənə şəklini çək göndər. Daha sonra o şəkillər müəyyən açıq hallar alırdı və daha sonra əldə edilən şəkilləri şantaj kimi istifadə edib missiyalar verilirdi".
Həmsöhbətimiz qeyd etdi ki, əslində bu tip oyunlar qadağandır:
"Amma müxtəlif oyun adı altında bu tip fəaliyyətlər aparılır. Bunlar müxtəlif orqanlar, güc strukturları tərəfindən araşdırılır və Azərbaycanda bu xidmətlərə qadağa qoyulur. Bu oyunlar aydın olmur deyə, özlərini "Mavi Balina" oyunu kimi büruzə vermirlər. Bu oyunların tərkib hissəsində təhlükəli motivlər tapmaq olur. Yəni vətəndaşlar oynayır və gördükcə şikayət edirlər. Polis orqanları da araşdırdıqda görür ki, "Mavi Balina”nın bənzəri olan oyundur. Bu hansı ki, əvvəllər bu ad altında oyun olub, daha sonra isə bu bir kateqoriyaya çevrilib".
Aytəkin TOFİQQIZI