"Sənədsiz torpaqlar bələdiyyələrin vergi yığmasına problem yaradır" - Deputat

"Bələdiyyələrin maarifləndirilməsi, onlara tövsiyə və yardımların edilməsi vacibdir. Bələdiyyələr sahəsində islahatlar keçirilib ki, bu da çox müsbət haldır. Biri elə bələdiyyələrin birləşdirilməsidir. Daha sonra sədrliyə yeni simalar gəldi, qadınlara geniş yer verildi".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Kamran Bayramov deyib.
"Bələdiyyələrə ayrılan subvensiyalar onların problemlərini həll etməyə kömək olur. Ən böyük problem budur ki, bəzi torpaqların sənədləri yoxdur. Bu da onların vergi yığmasına problem yaradır. Günümüzün aktual problemi elə evlərin sənədləşdirilməsidir. Nəzərə alsaq ki, ən azı bir milyon yarım evin sənədi yoxdur, bu, nə qədər maddiyyat, vergi deməkdir".
Türkan İSGƏNDƏRLİ