"Adətən cəzaları, cərimələri artırmaq vətəndaşları tərbiyələndirmək kimi adlandırılır"

 12:30 14.02.2025     311

"Biz adətən cəzaları, cərimələri artıranda bu, vətəndaşları tərbiyələndirmək kimi adlandırılır".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Qüdrət Həsənquliyev deyib.

"Biz Cinayət Məcəlləsinin 308.2-ci maddəsini-yəni dövlət satınalmaları haqqında qanunvericiliyi pozmağa görə məsuliyyət nəzərdə tutan normanı ikinci oxunuşda müzakirə edirik. Cəzanın ən yüksək həddi 2 ilə qədər azadlıqdan məhrum etməkdir. Burada heç bir dəyişiklik yoxdur. Küçəyə siqaret kötüyü atan vətəndaş 500 manat məbləğində cərimə olunursa, niyə bu qədər ciddi qanun pozuntularına görə yüngül cəza tədbirləri nəzərdə tutulub? Ağırlaşdırılmış halda 4 il müddətində azadlıqdan məhrum edilmədir. Bu sanksiya sistemində düzəlişlərə ehtiyac var".

 

Türkan İSGƏNDƏRLİ