Bu maşınların istehsalı dayandırılır - ALICILARA XƏBƏRDARLIQ
![](https://img.redaktor.az/news/2025/02/photo_270544.webp?v=MDI6MTEyMDI1LTAyLTE1IDE4OjA1OjQ5)
Avtomobil istehsalçıları model sıralarını yenidən nəzərdən keçirir. 2026-cı ilə qədər bir neçə məşhur marka istehsaldan çıxarılacaq. Bunun əsas səbəbi elektromobillərə keçid, bəzi seqmentlərə tələbatın azalması və krossoverlərin üstünlük təşkil etməsidir.
Proqnozlara görə, 2026-cı ilə qədər avtomobil bazarı daha da elektrikləşəcək və klassik modellərin yerini yeni SUV-lar və elektromobillər tutacaq. Benzin mühərrikli avtomobil həvəskarları ya son buraxılış modellərini əldə etməli, ya da yeni elektrik versiyalarını gözləməlidirlər.
Redaktor.az xəbər verir ki, mövzu ilə bağlı yeni sabah.az-a danışan Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) icraçı direktoru Eyyub Əliyev bildirib ki, tələb-təklif məsələsi hər ölkəyə görə dəyişir:
"Bu, ölkədən-ölkəyə dəyişən bir məsələdir. Məlum olduğu kimi, Azərbaycanda daha çox hündür maşınları, krossoverləri bəyənirlər, onalra tələbat çoxdur. Amma məsələn, ABŞ-də daha çox pikaplara üstünlük verirlər.
Bir sözlə, avtomobil seçimi ölkənin iqliminə, insan baxışına, psixologiyasına uyğun olaraq edilir. Avropa ölkələrində daha çox kiçik həcmli maşınları görə bilərik. Lakin bəzi növ avtomobillər var ki, onlara maraq hər zaman olsa da, tələbat məhduddur. Bu növ maşınların istehsal sayı digər avtomobillərdən hər zaman az olub. Lüks brendlər olan "Lamborghini" və "Ferrari" il ərzində minimum sayıda istehsal var".
Eyyub Əliyev qeyd edib ki, ölkəmizdə hazırda dəbdə olan maşınlar daha çox elektromobil və hibridlərdir:
"Yəni hər bir avtomobilin öz həvəskarı var. Sadəcə əgər hansısa avtomobil yüksək qiymətdə deyilsə, istehsalçı onu daha çox istehsal edib satmağı düşünürsə və tələb-təklif məsələsində uyğunsuzluq varsa, təbii ki, şirkət onun istehsalını saxlayır.
Azərbaycana gəldikdə, hazırki tendensiya onu göstərir ki, artıq alıcılar elektrik avtomobillərə, hibridlərə daha çox maraq göstərirlər. Bizdə yaxın illərdə bu tendensiya daha da artacaq".