Duman səbəbindən Naxçıvan-Bakı aviareysində yubanma VAR

 10:52 16.02.2025     184

Naxçıvan-Bakı reysində yubanma var.

Redaktor.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında dumanlı hava şəraiti səbəbindən bu gün Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətində uçan təyyarələrin hərəkətində gecikmə yaranıb.

Naxçıvan Beynəlxalq Hava Limanında gözləyən sərnişinlərə reyslərin gecikməsi ilə əlaqədar operativ məlumat verilir.