AZAL bu istiqamət üzrə reysləri bərpa ETDİ

 13:45 16.02.2025     257

Bakı-Naxçıvan-Bakı istiqaməti üzrə aviareyslərin həyata keçirilməsi bərpa olunub.

Redaktor.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

Məlumata görə, Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər normal rejimdə həyata keçirilir.

"Naxçıvanda hava şəraiti yaxşıılaşıb və reyslər artıq normal rejimdə həyata keçirilir", - AZAL-dan bildirilib.