Azərbaycanda 58 kişi qadın zorakılığına məruz qalıb - STATİSTİKA

 12:50 17.02.2025     376

2024-cü ilin yanvar-dekabr aylarında 860 gender əsaslı zorakılıqla bağlı Dəstək Xəttinə 330 müraciət daxil olub.

Redaktor.az xəbər verir ki, bu barədə  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə hesabatında qeyd olunub.

Bildirilib ki, müraciətlərin 272-si qadınlar, 58-i kişilər tərəfinən edilib. 205 nəfər Bakıdan, 125-i isə regionlardan müraciət edib. Onlardan 137-si evli, 140-sı subay, 53-ü boşanmış olub.

Həmin şəxslərdən 64-ü ali təhsilli, 177-si orta, 89-u isə təhsilsiz insanlardır. 77 nəfər 0-18 yaş aralığında, 145 nəfər 19-35, 80-i 36-55, 28 nəfəri isə 56+ yaş aralığında olan şəxslərdir.

1416928