Binəqədidə yanğın olub, 2 nəfər tüstüdən ZƏHƏRLƏNİB

 14:23 22.02.2025     118

Bakı şəhərinin Binəqədi qəsəbəsində yanğın olub. 

Redaktor.az xəbər verir ki, ümumi sahəsi 50 m² (hər mərtəbəsi 25 m²) olan ikimərtəbəli 3 otaqlı evin birinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları və ev əşyaları 10 m² sahədə yanıb.

Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.