Bütün sosial ödənişlər YEKUNLAŞDI

 14:25 27.02.2025     134

Bu ilin fevral ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımların ödənişləri yekunlaşdırılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Qeyd edək ki, fevralın 11-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, fevralın 25-də isə bölgələrdə yaşayan şəxslərin pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.