"Evləri plana düşən vətəndaşlara hazır ev verilsin" - Deputatdan TƏKLİF

 11:32 28.02.2025     159

"Bakıda və ətraf ərazilərdə söküntü işləri aparılır. Amma bu problemlərə yol açır".

Redaktor.az xəbər verir ki, bunu bu gün keçirilən Milli Məclisin plenar iclasında deputat Razi Nurullayev deyib.

"Bunlardan biri vətəndaşların köçürülməsi daha sonra onlara verilən kompensasiya məsələsidir. Onlara verilən kompensasiya ilə hardasa ev almaq olmur. Ona görə onlara ya yüksək məbləğ, ya da hazır ev versinlər. Bundan başqa yenidənqurma zamanı həmin ərazilər abadlaşdırılır, ancaq ətraf yerlər fəsadlara məruz qalır". 

Türkan İSGƏNDƏRLİ