Bakıda yeni avtovağzal xidməti təşkil EDİLİR

Bu gündən “Azerbaijan Ground Service” MMC “Abşeron” Ticarət Mərkəzinin ərazisində avtovağzal xidməti təşkil edir.
Redaktor.az bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksinə istinadən xəbər verir.
Məlumata görə, məqsəd ticarət mərkəzi və ətraf ərazilərdə sərnişin daşımaları sahəsində nizamlı və qanunauyğun fəaliyyətin təmin edilməsidir. İstifadəyə verilən məkandan sərnişinlərin əsasən Cənub və Qərb bölgələrinə səfərləri təmin ediləcək.