"Kənd vergi vermədiyi üçün yola asfalt çəkilmir" - RİH cavabdan yayındı - VİDEO

İsmayıllının girişində yerləşən, rayonun ilk kəndi olan Bizlanın sakinləri uzun illərdir ki, yol və su problemindən əziyyət çəkirlər.
Redaktor.az xəbər verir ki, kənd sakinlərinin sözlərinə görə, magistral yoldan təxminən bir kilometr kəndin içinə gedən yol illərdir ki, baxımsızdır, aidiyyəti qurumlara üz tutsalar da, müraciətləri faydasız olub.
"Kəndimizə baxan yoxdur. Yollar bərbad haldadır, işıqlandırma yoxdur. İcra hakimiyyətinə müraciət edəndə deyirlər ki, bu kənd vergi vermədiyi üçün yola asfalt çəkilmir. Amma başqa kəndlərin yolu asfaltlıdır", - deyə sakin söyləyib.
Baku TV-nin çəkiliş qrupu məsələ ilə bağlı İsmayıllı Rayon İcra Hakimiyyətinə üz tutsa da, mövcud problemlərlə bağlı bələdiyyələrə və digər müvafiq qurumlara müraciət etmək lazım olduğu bildirilib.
Daha ətraflı videomaterialda: