Ağdərənin Həsənriz kəndində 33 ildən sonra ilk dəfə bayram tonqalı yandırıldı - FOTO

 22:05 04.03.2025     278

İşğaldan azad olunan torpaqlara qayıdan sakinlər Od çərşənbəsini bayramı coşqusu ilə qeyd ediblər.

Redaktor.az xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, kəndin mərkəzində çərşənbə tonqalı yandırılıb.

Tonqal ətrafına yığışan sakinlər burada bir-birlərini təbrik ediblər.

Qeyd edək ki, “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş torpaqlarımıza

Keçmiş məcburi köçkün ailələrinin köçürülməsi təmin edilir. Ötən gün Ağdərə rayonunun Həsənriz kəndinə 25 ailə, 91 nəfər köçürülüb.

2