Ayaqları tutulan 63 yaşlı qadın sürünərək yaşayır... - VİDEO

Bir neçə gün əvvəl Cəlilabadda yaşayan 63 yaşlı Hürü Zülfüqarovanın sürünərək hərəkət etdiyini əsk etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.
Redaktor.az xəbər verir ki, görüntülərdə qadının ayaqlarının tutulduğu, sürünərək hərəkət etdiyi görünür.
Qadının “İTV”yə bildirdiyinə görə, keçirdiyi ağır xəstəlik onu bu vəziyyətə salıb: “Bakıda “Respublikanski”də (red: Respublika Klinik Xəstəxanası) müalicə almışam. İmkan olmadı daimi müalicələr alım, bir-iki dəfə getdim, sonra gedə bilmədim”.
H. Zülfüqarova Qocalar evində qalmaq üçün müraciət etsə də, imtina alıb. Səhhəti isə əlillik təyinatı üçün müraciət etməyə imkan vermir.
Problemlə bağlı Sosial Xidmətlər Agentliyindən bildirilib ki, Qocalar evinə yaşı 70-dən yuxarı olan və kimsəsiz şəxslər yerləşdirilə bilər.
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından isə H. Zülfüqarovanın tibbi müayinələrinin nəticələri və zəruri sənədlərinin yaxın günlərdə Tibbi Sosial Ekspert Komissiyasına təqdim olunacağı qeyd olunub. Həmin sənədlərin hazırlanması ona əlillik təyin olunmasına imkan verə bilər.
Qeyd edək ki, H. Zülfüqarova anasını uşaq ikən itirib və özündən kiçik bacı-qardaşlarına baxdığından ailə qurmayıb. Hazırda isə qardaşı oğlunun himayəsində yaşayır.
Daha ətraflı süjetdə: