Uşaq qidaları bahalaşır: Qiymət artımına nəzarət var? - VİDEO

Süni uşaq qidalarının qiymətlərində artım müşahidə edilir.
Redaktor.az-ın "Xəzər Xəbər"ə istinadən verdiyi məlumata görə, son 1 ayda süni uşaq qidalarının qiymətlərində artım daha da nəzərə çarpır.
Hazırda uşaq qidalarının minimum qiyməti 4 manat 90 qəpikdən başlayır, ən bahalısı isə 120 manata alıcılara təklif olunur. Satıcılar bildirirlər ki, xaricdən idxal olunan məhsulların tədarükü və daşınması xərclərinin artması qiymətlərə təsir göstərir.
Bəs artıma səbəb nədir? Bu proses necə tənzimlənə bilər?
Ətraflı süjetdə: