Ramazanın 10-cu gününün duası - İmsak və iftar vaxtı

 20:09 09.03.2025     130

 Sabah Ramazan ayının onuncu günüdür.

Redaktor.az xəbər verir ki, imsak vaxtı saat 05:35-də, iftar vaxtı isə 18:56-dadır.

10-cu günün İmsak duası:

“Allahumməc-əlni fihi minəl-mütəvəkkilinə əleyk. Vəc-əlni fihi minəl-faizinə lədeyk. Vəc-əlni fihi minəl-müqərrəbinə ileyk. Biihsanikə ya ğayətət- talibin”.

Tərcüməsi:

“İlahi, bu gün məni sənə təvəkkül edənlərdən, sənin nəzdində feyz və səadət tapanlardan, sənin dərgahına yaxın olanlardan qərar ver. Ehsanına and verirəm, ey tələb edənlərin məqsədi!”

İftar duası:

“Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu ya vasiəl məğfirət-iğfirli!”

Tərcüməsi:

“İlahi, Sənin üçün oruc tutdum və Sənin ruzinlə iftar edib, yalnız Sənə təvəkkül edirəm!”

Allah orucunuzu qəbul etsin!