Əmircan qəsəbəsində kanalizasiya və asfaltlanma problemləri həll olunur - Deputat

"Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yaşayan sakinlərdən gələn kollektiv müraciətlər əsasında, ərazidə əsaslı kanalizasiya xəttinin olmaması və küçənin asfaltlanması ilə bağlı mövcud problemlərin həllinə başlanılıb".
Redaktor.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Afət Həsənova öz sosial şəbəkə hesabında məlumat verib.
O, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi şəxsi tərəfindən kanalizasiya işlərinin icrasına start verildiyini, növbəti mərhələdə isə küçənin asfaltlanması işlərinə başlanılacağını qeyd edib.
Kənan YUSİF




