"Qeyri-rəsmi nikahdan doğulan uşaqlar gözəl və şirin olurlar" - Yazıçı

 14:43 12.03.2025     164

Xəbər verdiyimiz kimi, Azərbaycanda nikahdan kənar uşaqların sayı açıqlanıb. Məlum olub ki, uşaqların 15 faizi nikahdan kənar doğulur.

Redaktor.az xəbər verir ki, yazıçı Kəramət Böyükçöl nikahdan kənar doğulan uşaqlarla bağlı maraqlı fikirlər səsləndirib.

"Qeyri-rəsmi nikahdan doğulan uşaqlar gözəl və şirin olurlar. Çünki sevgidən, narahatlıqdan, qorxudan və həyəcandan yaranırlar. Yoxsa bir dəfə həriyə gedirsən, bir dəfə elçi, dalınca qız toyu, oğlan toyu, hamıdan bir-bir icazə alırsan, razılıq alırsan, xeyir-dua-zad, xına, üçgünlük, bir il hay-huy, zart-zurt, axırda da uşaq Baləliyə oxşayır", - deyə o, bildirib. 

Vasif