Anar Əliyev ona vəzifə verdi - FOTO

 16:15 12.03.2025     227

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Əmək Müfəttişliyi Xidmətinə rəis müavini təyin edilib. 

Redaktor.az-ın "Qaynarinfo"ya istinadla məlumatına görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev əmr imzalayıb.

Nazirin əmri ilə Rəhimov Azər Eldar oğlu Dövlət Əmək Müfəttişliyi Xidmətinə rəis müavini təyin olunub. O bundan əvvəl DOST Agentliyinin Hüquq departamentinin müdiri vəzifəsini tutub. 

Qeyd edək ki, bundan əvvəl Dövlət Əmək Müfəttişliyi Xidmətinə rəis müavini Orxan Hüseynzadə idi. O, ötən ilin noyabr ayında Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Fotoda Orxan Hüseynzadə