"Tikinti şirkətləri vətəndaşları ömürlük kirayəçiyə çevirib" - Zahid Oruc

 15:44 14.03.2025     119

"Hesabat zamanı kommunal tariflərdən bəhs olunarkən, bir məqam həmişə unudulur".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc parlamentin bugünkü iclasında Nazirlər Kabinetinin ötən il üzrə hesabatının müzakirəsi zamanı bildirib.

"Əlbəttə, mənzil fondunun yenilənməsi alqışa layiqdir. Lakin tikinti şirkətləri vətəndaşları ömürlük kirayəçiyə çeviriblər. Qanuna görə, tikilən binalar istismara qəbul olunur, çıxarışlar alınır, sonra 6 ay ərzində Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin yaradılmalı və rəsmən qeydiyyatdan keçərək binanların idarə etmə strukturu və ödənişlərin miqdarı müəyyənləşməlidir. İndi elə şəhərciklər var ki, aylıq tariflər 1 kvadrat metrə görə 1 manata yaxındır, əvəzində MTK-ların öhəliklərinə tələb və meyarlar yoxdur", - deyə millət vəkili qeyd edib.

Turan ASLAN