Goranboyda qaçırılan 9-cu sinif şagirdi ailəsinə VERİLDİ

Goranboyda qaçırılan 9-cu sinif şagirdi ailəsinə verilib.
Redaktor.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis mayoru Eşqin Qasımov bildirilib ki, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Z.B-nin yeri müəyyən edilərək ailəsinə təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb. 31 yaşlı O. Hüseynzadə saxlanılaraq istintaqa təhvil verilib.