"Qiymət artımının başlıca səbəblərindən biri tikinti şirkətləridir" - AÇIQLAMA

 17:09 19.03.2025     289

Bakıda daşınmaz əmlak bazarında qiymətlər daim dəyişir. Hazırda mənzil qiymətlərində artımlar müşahidə olunur.

Qiymət artımının əsas səbəbləri nələrdir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan əmlak eksperti Elnur Azadov bildirdi ki, daşınmaz əmlakda ümumi qiymət artımı yenə müşahidə olunur:

"Başlıca səbəb, 2021-ci ildən başlayaraq inşaat mallarının bahalaşması nəticəsində tikinti şirkətləri qiymətləri qaldırmağa başladılar. Bu tendensiya tədricən bazarda genişlənməyə başladı və ümumi tikinti, daşınmaz əmlak sektoruna əks təsir göstərdi. 2021-ci illə indiki il arasında təxminən 50 faiz qiymət artımı müşahidə olunur".

Evlərin qiyməti niyə artır... - Səbəblər

Ekspert qeyd etdi ki, qiymət artımının başlıca səbəblərindən biri tikinti şirkətləridir.

"Hazırda tikinti şirkətləri arasında olan rəqabət getdikcə sərtləşir. Daim az sayda qalan mənzillərin qiymətləri qaldırılır. Bunun başlıca problemi tikinti şirkətlərinin bazarda deaktivliyidir. Əgər 2000-ci ilə qədər bazarda böyük həcimdə yaşayış kompleksləri inşa olunurdusa, onların arasında rəqabət var idisə, 2000-2001-ci ildən sonra tikilən yaşayış komplekslərinin sayı getdikcə azalmaqdadır. Demək olar ki, son illər ərzində tikinti şirkətlərinə yeni icazələr verilmir. Onlar əllərində olan az saylı mənzillərin qiymətlərini getdikcə qaldırırlar", - deyə E.Azadov bildirdi.

Aytəkin TOFİQQIZI