Sabah bu ərazilərdə qaz olmayacaq

 20:59 22.03.2025     242

Sabah Şərur rayonunun bir sıra kəndlərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Redaktor.az xəbər verir ki, 159 mm boruda çat yarandığı üçün təmir işləri aparılması məqsədilə saat 10:00-dan saat 12:00-dək Mahmudkənd, Zeyvə, Düdəngə və Cəlilkənd kəndlərində qaz təchizatında müvəqqəti fasilə olacaq.

Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.