Bu il uşaqlara ən çox verilən adlar - SİYAHI

 16:25 25.03.2025     143

Bu il uşaqlara ən çox verilən adlar məlum olub.

Redaktor.az Ədliyyə Nazirliyinin rəsmi göstəricilərinə istinadən xəbər verir ki, bu il ötən illərdən fərqli olaraq ad sıralamalarında dəyişiklik olub.

Belə ki, bir neçə il əvvəl oğlanlara verilən adlarda dini adlar ilk yerdə idisə, bu il daha çox Uğur adına üstünlük verilib.

Ötən illərdə qızlara daha çox Zeynəb adına rast gəlinirdi, bu il isə Nilay adı siyahıya başçılıq edir.

Qeyd edək ki, ötən il də oğlan adlarında Uğur ilk sırada olub. 1832 uşağa bu ad verilib. Qızların siyahısında birinci yerdə olan Zeynəb adı isə 1261 qıza verilib (modern.az).