Bu ərazilərdə qazın verilməsində problem YAŞANIR

Biləsuvar şəhərinin bəzi ərazilərinin qaz təchizatında problem yaranıb.
Redaktor.az xəbər verir ki, artıq 2 saatdır ki, bəzi abonentlərin evlərinə verilən qazın təzyiqi zəifləyib və ya kəsilib.
Məsələ ilə bağlı Lənkəran Regional Qaz İstismar İdarəsinin Biləsuvar xidmət sahəsindən bildirilib ki, yaranan problem şəhər ərazisində qaz tənzimləyici qurğuda yaranan tutulma ilə əlaqədardır. Hazırda problem aradan qaldırılır.