1 Aprel – Beynəlxalq Gülüş Günü qeyd olunur

 00:07 01.04.2025     245

Bu gün, 1 Aprel, dünyada Beynəlxalq Gülüş Günü kimi qeyd edilir. Ənənəyə görə, insanlar bir-birlərinə zarafatlar edir, müxtəlif məzəli oyunlar qururlar.

Redaktor.az xəbər verir ki, Gülüş Gününün tarixi qədim dövrlərə gedib çıxır. Bəzi mənbələrə görə, bu ənənə Fransada başlayıb və zamanla dünyaya yayılıb. Günümüzdə müxtəlif ölkələrdə fərqli şəkildə qeyd olunan bu bayram, insanlara əyləncə və pozitivlik gətirməyi hədəfləyir.

Azərbaycanda da bu gün zarafatsevərlərin ən çox gözlədiyi tarixlərdən biridir. Sosial şəbəkələrdə və real həyatda müxtəlif məzəli hadisələr baş verir, insanlar yaxınlarını gülüşlə sevindirməyə çalışırlar.

Ekspertlər bildirirlər ki, zarafat edərkən həssas mövzulara diqqət yetirmək və kimisə incitməmək vacibdir. Əks halda, əyləncə xoşagəlməz situasiyaya çevrilə bilər.

Siz də bu günü əyləncəli və pozitiv keçirməyi unutmayın!

Kənan YUSİF