Ətin pambıq kimi yumşaq bişməsi üçün təbii ÜSULLAR

Qırmızı ət bişirmək göründüyü qədər sadə proses deyil. Bəzi hallarda düzgün üsullarla yanaşılmadıqda ət sərt qalır və dadını itirir. Lakin sadə və təbii üsullarla bu problemin qarşısını almaq mümkündür.
Redaktor.az xəbər verir ki, ətin pambıq kimi yumşaq bişməsi üçün bir sıra təbii və praktik üsullar bunlardır:
Süd və qatıqla marinad edin:
Süd məhsullarında olan laktik turşusu və təbii fermentlər ətin liflərini parçalayaraq yumşaldır. Əti 4-6 saat ərzində süd, qatıq və ya kefirdə saxlayaraq marinad etmək, bişdikdə yumşaq qalmasına kömək edir. Pişirmə zamanı bir qədər süd əlavə etmək də nəticəni yaxşılaşdırır.
Sirkə və limon şirəsi ilə yumşaldın:
Asidik tərkibli məhsullar – elma sirkəsi və ya limon suyu – ətin sərtliyini azaldır. 2 xörək qaşığı sirkə və ya limon suyu əlavə edilərək ət 2-3 saat ərzində marinad oluna bilər. Bu müddətin uzadılması ətin qurumasına səbəb ola bilər.
Soğan suyu ilə marinad:
Soğanda olan təbii fermentlər təkcə ətin yumşalmasına yox, həm də dadının zənginləşməsinə səbəb olur. Bunun üçün 2 soğan rəndələnib suyu çıxarılır və ət bu suyun içində 4 saat saxlanılır.
Meyvə fermentləri ilə yumşaltma:
Kivi, ananas və papaya kimi meyvələrdə olan fermentlər ətin yumşalmasına təsirli olur. Xüsusilə kivi püresi ilə ətə fərqli dad və yumşaqlıq vermək mümkündür. Kivi püresi ilə örtülən ət maksimum 1 saat saxlanılmalıdır. Daha uzun müddət saxlamaq ətin dağılmasına səbəb ola bilər.
Qeyd olunan təbii və sadə üsullar qırmızı ətin həm daha dadlı, həm də daha yumşaq olmasına imkan yaradır. Bu məsləhətlərə əməl etməklə ev şəraitində də restoran keyfiyyətində yeməklər hazırlamaq mümkündür.
Aytəkin TOFİQQIZI