"Ruhundakı qadının səsi ol"

 20:38 05.04.2025     313

Bu gün Bakıda "Ruhundakı Kadının Səsi Ol" adlı ilhamverici təlim-seminar keçirilib. 

Redaktor.az xəbər verir ki, tədbirin məqsədi qadınların daxili gücünü, duyğularını, arzularını və ifadə azadlığını ön plana çıxarmaq olub.

Seminar layihə rəhbəri, təlimçi və ailə psixoloqu Nabat Mirzəyevanın təşkilatçılığı ilə baş tutub. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub.

Seminarda ilk olaraq Türkiyəli tanınmış yazar və təlimçi Saba Deniz Uzun çıxış edib. O, nitqində qadın ruhunun incəliklərinə toxunaraq, bədənin və ruhun harmoniyasından danışıb: "Bədəniniz sizindir və sağlamlığınız bədəninizə qulluq etməklə başlayır", – deyə o bildirib.

Daha sonra ailə psixoloqu Nabat Mirzəyeva seminar iştirakçılarına motivasiyaedici çıxış edərək onlara sertifikatlar təqdim edib.

Tədbir Türkiyəli əlaqə koçu və danışmanı Asil Moray və ICF kouçu, təlimçi Əsmər Ramizqızının çıxışları ilə davam edib. Onlar qadın ruhunun dərinlikləri, onun gücü və ifadə imkanları haqqında maraqlı fikirlər səsləndiriblər.

Qeyd edək ki, qadın ruhu – görünməyən, lakin dərindən hiss olunan güclü bir enerjidir. Bu ruh həm zərifliyi, həm də içindəki tükənməz gücü ilə seçilir. Hər bir qadın öz ruhunun səsini dinləməyi və onu ifadə etməyi unutmamalıdır.