Bu rayonda elektrik enerjisinin verilməsində fasilələr YARANDI

Biləsuvar şəhərinin bəzi ərazilərində elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Redaktor.az "Report"a istinadən xəbər verir ki, sakinlərin bildirdiyinə görə, küləklə müşahidə olunan leysan yağışına görə elektrik enerjisinin verilməsində fasilə yarandığı bildirilir. Artıq 3 saatdan çoxdur ki, Biləsuvar şəhərinin bəzi hissələri işıqsızdır.
Qeyd edək ki, hazırda rayon ərazisində sakit hava şəraiti müşahidə olunur.