Abşeronda qanunsuz qaz sayğacları AŞKARLANDI

Abşeron rayonu, Məhəmmədi qəsəbəsi, Mehdi Hüseynzadə küçəsində vətəndaşlar tərəfindən heç bir dövlət qurumu tərəfindən qeydiyyatı alınmayan, qanunsuz şəkildə quraşdırılmış qaz sayğacları aşkarlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə “Azəriqaz” İS-in Sumqayıt QİS-dən məlumat verilib.
Azəriqaz İstahsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsi tərəfindən əraziyə baxış keçirilib və müəyyən olunub ki, qeyd olunan sayğaclar heç bir rəsmi sənədlə təsdiqlənməyib və qanunsuz şəkildə istifadə olunub.
Aparılmış araşdırma nəticəsində həmin qaz sayğacları demontaj edilərək çıxarılıb və aidiyyəti üzrə anbarda mühafizəyə təhvil verilib.