Mənzillərini qanunsuz artıranların nəzərinə - VİDEO

Köhnə tikililərə, əsasən də ikimərtəbəli binalara qanunsuz artırmalar edilir.
Redaktor.az Xəzər TV-yə istinadən məlumat verir ki, Bakının bir çox yerində rast gəlinən bu mənzərə həm təhlükəsizlik, həm də estetik baxımdan problem yaratsa da, diqqətçəkən məqam əlavə artırmaların plana düşən ərazilərdə əsas mübahisə məsələsinə çevrilməsidir.
Bir neçə il əvvələ qədər və çox zaman sənəddə qeyd ediləndən əlavə sonradan artırılan otaqlar da hesablanırdı. Lakin hazırda bu məsələni həll etmək xeyli çətinləşib. Çünki vətəndaş yeni ev verilən zaman artırılan hissənin də hesablanmasını tələb edir. Qarşı tərəf isə çox zaman bununla razılaşmır.
Əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, qanunsuz artırmalar söküntü zamanı müəyyən istisnalarla hesablanır.