Dövlət Sosial Müdafiə Fonduna yeni sədr təyin EDİLDİ

Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmri ilə Zəka Aqil oğlu Mirzəyev Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri təyin edilib.
Bu barədə Redaktor.az-a DSMF-dən məlumat verilib.
Zəka Mirzəyev 1978-ci ildə anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin beynəlxalq hüquq ixtisası üzrə bakalavr pilləsini, 2002-ci ildə magistr pilləsini fərqlənmə diplomu ilə, 2007-ci ildə aspiranturasını bitirib.
2000-ci ildə özəl sektorda hüquq məsləhətçisi işləyib. 2003-2004-cü illərdə hərbi xidmətdə olub.
2005-ci ildən Maliyyə Nazirliyində baş məsləhətçi, sektor müdiri, müdir müavini, 2018-ci ildən Dövlət Sosial Müdafiə Fondunun idarə rəisi vəzifəsində çalışıb.
2020-ci ildən Fondun İdarə Heyətinin sədr müavini olub.