Bu rayonun bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə OLACAQ

Babək rayonunun bir neçə kəndində qaz təchizatında müvəqqəti fasilə olacaq.
Redaktor.az "Report"a istinadən xəbər verir ki, 159 mm boruya keçid verilməsi ilə əlaqədar qaz təchizatının Babək rayon Qahab, Naxışnərgiz, Nəcəfalıdizə, Nəhəcir və Göynük kəndlərində aprelin 18-də saat 09:00-dan müvəqqəti dayandırılması planlaşdırılır.
Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.