Bakıda evlər BAHALAŞDI

"Bakıda günü -gündən evlərin və torpaqların qiymətləri bahalaşır. Bakı necə cəlbedici olur ki, bu qədər qiymətlər bahadır. Türkiyədə turizm zonalarında yaşayış binaları Bakı kimi baha deyil".
Redaktor.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O, deyib ki, Bakı qəti şəkildə müsbət cəlbedici şəhər deyil:
"Bakının infrastrukturu bərbad, yolları tıxac, kanalizasiya problemi, yeni tikilən yaşayış komplekslərinin ətrafında məktəb yox. Şəhərin arxitekturası, şəhərsalma normativlərə cavab vermir. Yağan yağış və azca əsən küləyə şəhərin enerji infrastrukturu çökür.Tikilən binalar nə akustik, nə də ekoloji cəhətdən normalara cavab vermir. Başdansovlu harda gəldi binalara tikilir.
Buna baxmayaraq ev və kirayə qiymətləri qalxır. Bakıda metro hazırkı əhali sayına görə də adekvat deyil. Belə bir bərbad şəhərdə evlər günü-gündən bahalaşır. Bakının mərkəzi və ətraf qəsəbələri biraz yağış yağan kimi göl olur. Şəhərdə yaşıllıqlar dağıdılıb, boz beton şəhərinə çevrilib. Bakı insan sağlamlığı təhlükəli şəhərə çevrilib. Bunu biz etmişik!! Müsbətə doğru da dəyişmək planı yoxdur".
Vasif ƏLİHÜSEYN